İranda təcavüzçüsünü öldürən qadın edam edildi
Bizi izləyin

Dünya

İranda təcavüzçüsünü öldürən qadın edam edildi

İran İslam Respublikasında 26 yaşlı bir qadın ona təcavüz etməyə çalışdığını iddia etdiyi adamı öldürdüyü üçün asılaraq edam edildi.

Publika.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, beynəlxalq insan hüquqları təşkilatlarının edamın dayandırılması üçün kampaniyalar apardığı zamanda Reyhaneh Cabbari sırağagün paytaxt Tehrandakı bir həbsxanada edam edildiyi açıqlanıb.

Cabbari 2009-cu ildə Murtəza Abduləli Sərbandini öldürmək cinayətindən həbsə məhkum edilib.

Cabbarinin “mənə təcavüz etməyə çalışdı” dediyi Sərbandi əvvəllər İraq Kəşfiyyat Nazirliyində işləyib.

Məhkəmədəki müdafiəsində Sərbandini bir dəfə çiynindən bıçaqladığını qəbul edən Cabbari, “həmin vaxtı evdə daha bir nəfər var idi. Sərbandini o öldürdü” deyib.

Beynəlxalq Əfv Təşkilatı Cabbarinin qanunsuz bir mühakimədən sonra hökm oxunduğunu deyib və edam cəzasının dayandırılmasını və yenidən mühakimə edilməsini tələb edib.

BMT (Birləşmiş Millətlər Təşkilatı) bu il İranda ən azı 250 nəfərin edam edildiyini bildirib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm