Nida.az
İtaliya mediası Qarabağdan yazdı
İtaliyanın “İl Caffe Geopolitico” portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yerləşdirilib.
AzərTAc xəbər verir ki, məqalədə donmuş münaqişələr sırasında olan Dağlıq Qarabağ probleminin kökləri hələ 1980-ci illərin sonlarına təsadüf etməsi bildirilir. Qanlı müharibə ilə nəticələnən bu gərginlik on minlərlə insanın həyatına son qoyub, bir milyon azərbaycanlının məcburi köçkünə və qaçqına çevrilməsinə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də, bu rejimə heç vaxt tam əməl olunmayıb. Problemin həlli istiqamətində bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu səy göstərir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal geri çəkilmələri barədə dörd qətnamə qəbul edib. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam edir.
Məqalədə diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsi
regionun geosiyasi tarazlığına böyük təsir göstərir. Müəllif yazır:
“Əslində beynəlxalq hüququn prinsipləri bu münaqişənin həllində
açar rolunu oynayır. Belə ki, qondarma “Dağlıq Qarabağ
Respublikası” dünyada heç bir dövlət və beynəlxalq birlik
tərəfindən tanınmayıb. Azərbaycan haqlı olaraq bu qondarma rejimin
danışıqlarda üçüncü tərəf kimi iştirakına hər zaman etiraz edir,
Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb edir”.
Azərbaycanı və Ermənistanı iqtisadi inkişaf göstəricilərinə görə
müqayisə edən müəllif bildirir: “Azərbaycanda son on ildə inanılmaz
inkişaf prosesi müşahidə olunur. Ermənistanda isə bu göstəricilər
Azərbaycandan dəfələrlə aşağıdır”.
Müəllif fikirlərini bu sözlərlə yekunlaşdırır: “Bu bir həqiqətdir
ki, Azərbaycan Şərq-Qərb enerji dəhlizində fundamental rola
malikdir. Bu amil Cənubi Qafqaz bölgəsinə olan münasibətə və böyük
dövlətlərin mövqeyinə təsirsiz ötüşmür”.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik