“Ögey ana” maşına əyləşdi və..." - – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

“Ögey ana” maşına əyləşdi və..." - – FOTO/VİDEO

Bu gün xalq artisti, teatr və kino aktrisası Nəcibə Məlikovanın doğum günüdür.

Bu gün xalq artisti, teatr və kino aktrisası Nəcibə Məlikovanın doğum günüdür.

N.Məlikova ilə “Əhməd haradadır” filmində tərəf müqabili olan Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov onunla bağlı xatirələrini Publika.az-la bölüşüb: “Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə xanıma maşın sürməyi öyrətsələr də hər ehtimala qarşı, xəlvəti içəridə bir nəfər gizlənib nəzarət edirdi. İndi maşındır da, hər hadisə ola bilərdi. Nəsə, çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O da naşı idi deyə qəfildən maşın geri getməyə başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş təbii alındı, hamı məni təriflədi. Bir onda gördüm ki, Nəcibə xanım qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və geyindiyi “kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Adil müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla “qaşqabağını sallama” dedi. Hər halda o, məndən heç vaxt üzr istəməzdi, çünki Nəcibə xanım çox qürurlu bir qadın idi”.

Qeyd edək ki, Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.

İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib.

Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə Məlikova kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Aktrisa 1959-cu il iyunun 10-da əməkdar, 1974-cü il iyun 1-də isə xalq artisti fəxri adlarına layiq görülüb.

1992-ci ilin iyulun 6-da vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm