Ebolaya yoluxanların sayı 10 mini keçib
Bizi izləyin

Sağlamlıq

Ebolaya yoluxanların sayı 10 mini keçib

4,922 adamın ölümünə səbəb olan Ebola virusuna yoluxanların sayı 10 mini ötüb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata əsasən virusun ən çox yayıldığı Syerra-Leone, Liberiya və Qvineya kənarında cəmi 27 yoluxma halı qeydə alınıb.

Ölkələr üzrə ÜST statistikasına görə Liberiyada virusa 4,665 adam yoluxub. Syerra-Leone-də xəstələrin sayı 3,896 - Qvineyada isə 1,553-dür.

Cümə axşamı Qvineya ilə qonşu Malidə Ebola qızdırması ilə bağlı ilk ölüm halının qeydə alındığı təsdiqlənib.

Malinin səhiyyə rəsmilərinə əsasən xəstəlikdən ölmüş iki yaşlı qız uşağı ilə təmasda olan 40-dək adam karantinə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm