İŞİD İraqda geri çəkilir
Bizi izləyin

Dünya

İŞİD İraqda geri çəkilir

Peşmərgə "İslam Dövləti" qruplaşması ilə şiddətli döyüşlərdən sonra İraqın şimalında bir qəsəbənin nəzarətini ələ keçiriblər.

Publika.az-ın məlumatına görə, Kürd muxtariyyətinin kəşfiyyat rəsmisi deyib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın "İslam Dövləti" mövqelərinə qarşı hava hücumlarından sonra peşmərgə döyüşçüləri Zumar qəsəbəsi və ətrafdakı bir neçə kəndi terrorçulardan təmizləyib. Yüzlərlə partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.

İraq təhlükəsizlik qüvvələri isə Curf Əl-Şəhər qəsəbəsinə nəzarəti ələ keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm