Dünya
NASA kosmik gəmi buraxdı, raket 5 saniyə sonra partladı - VİDEO
ABŞ-ın “Cygnus” kosmik yük gəmisini orbitə çıxaracaq “Antares” daşıyıcı raketi Atlantik okeanı sahilindəki Uollops kosmodromunda start zamanı partlayıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 02.23-də baş verib.
Partlayışın səbəbləri açıqlanmır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, “Cygnus” yük gəmisi Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 2,29 ton avadanlıq çatdırmalıymış.
Kosmik yük gəmisinin işə salınması Amerika Milli Kosmik Agentliyinin (NASA) saytında birbaşa yayımda translyasiya edilib. “Biz təsdiq edirik ki, “Cygnus”u itirdik”, - deyə NASA-nın idarə mərkəzindən bildiriblər.
Məlumata görə, “Cygnus”-in işə salınması bazar ertəsi həyata keçirilməliymiş. Lakin hansısa naməlum səbəbdən start təxirə salınıb. Kosmik yük gəmisinin 2 noyabrda Beynəlxalq Kosmik Stansiya ilə birləşdirilməsi nəzərdə tutulurdu.
“Cygnus” “Orbital Sciences” şirkəti tərəfindən hazırlanıb. Şirkət 2016-cı ilin sonuna kimi Beynəlxalq Kosmik Stansiyaya səkkiz kosmik yük gəmisinin göndərilməsi barədə NASA ilə 1,9 milyard dollarlıq müqavilə bağlayıb.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK