ASO və YPG İŞİD-ə qarşı koalisiya qurdu – VİDEO
Bizi izləyin

Dünya

ASO və YPG İŞİD-ə qarşı koalisiya qurdu – VİDEO

Suriyanın Kobani şəhərində İŞİD ilə YPG (PKK terror təşkilatının Suriya qanadı) arasında gedən döyüşlərə ASO (Azad Suriya Ordusu) da qoşulub.

Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, YPG-yə dəstək olmaq məqsədi ilə ASO-nun 200 üzvü dünən gecə Türkiyənin Suruç vilayətinə gəlib. ASO üzvləri özləri ilə gətirdikləri 8 TIR silahı Mürşidpınar sərhəd məntəqəsindən (Türkiyə-Suriya sərhəddi) Kobaniyə keçirib. YPG yaraqlıları ilə koalisiyada İŞİD-ə qarşı döyüşən ASO-çular gün boyu İŞİD mövqelərini bombalayıblar. YPG və ASO-ya dəstək məqsədi ilə koalisiya qüvvələri də hava hücumlarını davam etdirir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm