“Grammy” mükafatçısı Bakıda
Bizi izləyin

Tabloid.az

“Grammy” mükafatçısı Bakıda

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Bakı Beynəlxalq Caz Festivalı – 2014” davam edir.

Publika.az-ın məlumatına görə, festival çərçivəsində növbəti konserti Heydər Əliyev Sarayında əfsanəvi musiqiçi Stenli Klarkın kvarteti təqdim edib.


Dörd dəfə “Grammy” mükafatı almış Stenli Klark dünyanın ən məşhur akustik və elektron bas gitaraçısıdır. Bəstəkar və musiqiçi olan Stenli Klarkın ifası insanları yüksək texnikası və mükəmməlliyi ilə heyrətləndirir.


Stenli Klarkın ilk albomu “Children of Forever” adlanır. “The Bass-ic Collection”, “At the Movies”, “The Rite of Strings”, “East River Drive”, “Live 1976-1977”, “If This Bass Could”, “Project”, “Time Exposure” albomları isə musiqiçinin ən yaxşı albomları hesab edilir.


Konsertdə Stenli Klarkla yanaşı, Beka Qoçiaşvili (piano), Kameron Qraves (milli alətlər), Maykl Miçel (zərb alətləri) də çıxış edib. İlk ifalarından tamaşaçıları ələ alan musiqiçilərin çıxışları cazsevərlərin sürəkli alqışları ilə müşayiət olunub.


Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm