Suriya ordusu qaçqın düşərgəsini bombaladı
Bizi izləyin

Dünya

Suriya ordusu qaçqın düşərgəsini bombaladı

Suriya ordusunun hərbi vertolyotu ölkənin şimalındakı İdlib vilayətində yerləşən qaçqın düşərgəsini bombalayıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli sakinlər bildirib.

İnsan hüquqlarına riayət etmə monitorinqin Suriya mərkəzinin məlumatına görə, bombalama nəticəsində 10 dinc sakin həlak olub. Suriya KİV-ində hadisə ilə bağlı informasiya verilməyib.

Üç il yarımdır davam edən vətəndaş müharibəsi nəticəsində təxminən 10 milyon insan evlərini tərk etməyə məcbur olub. BMT-nin məlumatına görə, 3 milyondan çox suriyalı ölkəni tərk edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm