Kobaniyə köməyə gələnlər ABŞ əsgərləridir, yoxsa peşmərgə? -FOTO
Bizi izləyin

Dünya

Kobaniyə köməyə gələnlər ABŞ əsgərləridir, yoxsa peşmərgə? -FOTO

Suriyanın Kobani bölgəsinə getmək üçün Türkiyəyə daxil olan peşmərgə güclərinin formalarında bir məqam diqqətdən qaçmayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, peşmərgənin uniformasında ABŞ bayrağının şəkli əks olunub və “US Army” yazısı yazılıb.

Qeyd edək ki, Şimali İraq kürd regional rəhbərliyinin Kobanidə İŞİD güclərinə qarşı döyüşmək üçün göndərdiyi 150-yə qədər peşmərgənin 84-ü gecə yarısından sonra təyyarə ilə Şanlıurfaya gəlib. Avtomobil yolu ilə yola çıxan qrup isə dünən səhər Habur sərhəd keçid məntəqəsindən Türkiyəyə daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm