5 ildir mübarizə apardığı xərçəngə məğlub oldu - FOTO
Bizi izləyin

İdman

5 ildir mübarizə apardığı xərçəngə məğlub oldu - FOTO

İsveçin “Elfsburq” klubunun baş məşqçisi Klas İnqesson 46 yaşında dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, 5 ildir ki xərçəng xəstələyindən əziyyət çəkən İsveç millisinin sabiq hücumçusu ötən gün vəfat edib.

Məlumat üçün bildirək ki, futbolçu karyerasına “Göteborq” klubunda başlayan Klas İnqesson PSV, “Marsel” və “Bolonya” kimi komandaların da şərəfini qoruyub. İsveç millisinin formasını 57 dəfə geyinən yarımmüdafiəçi, dünya çempionatı -1994-ün bürünc mükafatçısı olub.

Xatırladaq ki, “Elfsborq” bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”ini mübarizədən kənarlaşdırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm