Qazlı suya çevrilən almalar icad olunub
Bizi izləyin

Bilgi.az

Qazlı suya çevrilən almalar icad olunub

İsveçrə alimləri qida rasionuna meyvə və tərəvəz əlavə edib düzgün qidalanan və eyni zamanda da qazlı içkilərdən imtina edən insanlar üçün əsl sürpriz hazırlayıblar.

Belə ki, icad olunmuş yeni alma növünü dişləyən zaman meyvə tikəsinin şirəsi ağızda qazlı su hissiyyatı yaradır.

Aparılmış 10 il təqdqiqatdan sonra, nəhayət ki, Şərqi Almaniyada yetişən almanın resi növü ilə ingilis alması piruet calaq edilib.

Alimlərin dediklərinə görə, yetişdirilən yeni növ bazarda satılan digər almalardan fərqlənir. Alma çox yumşaqdır və ağızda olarkən mədəyə turşu və şirə ifraz olunur. Bu zaman alma qazlı su tamı verir.

Xüsusi almanın şitili artıq satışa buraxılıb. "Qazlı alma" şitilini almaq üçün 55 dollar ödəmək lazımdır.

Qeyd edək ki, yeni alma növü qazlı sudan imtina edən insanların xeyrinə olacaq. Çünki son tədqiqatlara görə, qazlı sular insan həyatını qısaldır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm