Bozqurdçular arasında qurultay qalmaqalı
Bizi izləyin

Nida.az

Bozqurdçular arasında qurultay qalmaqalı

İki qanada bölünmüş bozqurdçular arasında münaqişə yaranıb.


Publika.az xəbər verir ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun lideri olduğu Milli Demokrat (Bozqurd) Partiyasından ayrılanların yaratdığı Azərbaycan Milliyətçi Demokrat Partiyası qurultaya hazırlaşıb.


Partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Qələndər Muxtarlının yaydığı məlumata görə, qurultay bu ilin 16 noyabr tarixində keçiriləcək.


Təşkilat Komitəsinin qəbul etdiyi müraciətdə deyilir: “Biz Milli Azadlıq Hərəkatında fəal təşkilatçı və iştirakçısı, Qarabağ savaşının veteranları, Milliyyətçi Demokrat Partiyasının üzvləri olaraq bildiririk ki, partiyamızın növbəti qurultayını keçirmək məsuliyyətini öz üzərimizə götürürük. Bu günlərdə Milliyyətçi Demokrat Partiyasının ideologiyasını, hədəflərini növbəti dəfə Azərbaycan cəmiyyətinə açıqlayacağıq.

Vətənimiz işğal altındadır. Milliyyətçilik də ərazisində qondarma düşmən dövlət yaradılan, qanuni və tarixi torpaqlarının əhəmiyyətli bir hissəsi əsarət altında olan, zəngin tarixə malik, qüdrətli bir Millətə, Azərbaycan türklərinə, onlarının şərəfli tarixinə adekvat deyil və biz bu vəziyyəti - “status kvonu” qəbul etmirik.

Biz torpaqlarımızın hər hansı bir formada işğalını qəbul etmirik və Vətənimizin, o cümlədən əhalimizin əsarətini qəbul etmirik, etməyəcəyik.
Bizimlə eyni mövqedə olan bütün vətəndaşlarımızı sıralarımızda birləşməyə və Mübarək Vətənimizin müdafiəsi istiqamətində sıralarımızda olmasını arzu edirik!”


Qeyd edək ki, İ. Həmidovun lideri olduğu partiya isə qurultayı gələn ilin fevral ayında keçirmək niyyətindədir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm