Dünya
Rusiya vahid “Novorossiya Ordusu” yaradır
Donetsk və Luqansk “xalq respublikaları”nda vahid “Novorossiya Ordusu”nun yaradılması ilə bağlı Moskvanın planı həyata keçirilir”.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya Donbas hövzəsinə zirehli texnika və desantçıların növbəti partiyasını göndərib: “Ayrı-ayrı quldur dəstələrləri “rota” və “batalyon” status alırlar. Donetskin şimal hissəsində artilleriyanın vahid nəzarət məntəqəsi işləyir. Donetsk vilayətinin Petrovski rayonuna “özünümüdafiə bölmələri” adı altında maskalanmış və fərqləndirici nişanları olmayan Rusiya hərbi bölmələri yerləşdirilir. Donbas hövzəsinə Rusiya ordusunun motoatıcı və hava-desant bölmələrinin hərəkəti müşahidə olunur”.
Hərbi ekspert həmçinin qeyd edib ki, Donetsk vilayətinin Qorlovka, Kirov və Kiyev rayonlarına Rusiyanın Cənub Hərbi dairəsinin motoatıcı briqadalarının tərkibindəki mobil taktik qruplar göndərilib. D.Tımçuk Donetsk vilayətində artıq mobil taktik qrupun qeydə alındığını yazıb.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK