İranda da "İPhone" satılacaq
Bizi izləyin

Dünya

İranda da "İPhone" satılacaq

“Apple” şirkəti İran bazarına girmək üçün iranlı distribüterlərlə danışıqlar aparır. Publika.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Mənbənin məlumatında bildirilir ki, İran bazarına girib-girməməmk Qərbin bu ölkəyə qarşı tətbiq edəcəyi sanksiyalardan asılıdır.

“Apple” rəhbərliyi ilə görüş şirkətin Londonun Hannover-streetdə yerləşən regional qərargahında baş tutub. İranda şirkətin məhsullarını satmaq üçün kiçik mağazaların açılması gözlənilir. Bu, Avropa və Asiyada olan biznes modelidir.

Mənbə həmçinin bildirir ki, istənilən Qərb şirkəti bu ölkənin bazarına girmək istəyərkən maneələrlə üzləşir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm