Qənirə Paşayevadan çağırış: "Banka turşularıyla ehtiyatlı və diqqətli olun"
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan çağırış: "Banka turşularıyla ehtiyatlı və diqqətli olun"

(Millət vəkili Qənirə Paşayevanın şəxsi facebook profilində status)

Hər bir insanımızı bu məsələdə xüsusi diqqətli olmağa çağırıram.

Bu gün Tovuzda, Aşağı Öysüzlü kəndində bir ailəmizi, sağ olsun həkimlərimiz, ölümün əlindən ala bildi. Çox narahat bir gün yaşadıq. Davamlı rayonun baş həkimi Paşa həkimlə, mütəxəsislərlə ailənin vəziyyəti ilə bağlı müzakirələr apardıq.

Hər şey bir banka pomidor turşusu yeməklə başlayıb. Və 7 nəfərlik ailə pomidor turşusundan zəhərlənib. Ailə başçısı Xəqani Yusifov özü də daxil olmaqla həyat yoldaşı Xalidə xanım, qızları -16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə Yusifova və oğlu - 9 yaşlı Qismət Yusifov, yaxşı ki, təcili Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara tez bir zamanda botulizm əlehinə vaksinlə bərabər, təcili müalicələr başlanılıb. Amma bu, o qədər dəhşətli zəhərlənmədir ki, bəzən insanı xilas etmək gec olur. Çox şükür ki, ailə üzvləri kritik haldan çıxdı və vəziyyətləri müsbətə doğru gedir. Bir az əvvəl ailənin başçısı Xəqani qardaşımızla danışdım, ona və ailəsinə keçmiş olsun diləklərimi çatdırdım. Allah və həkimlərimizin yardımı ilə, inşallah, tamam sağalacaqlar.

Həkimlərimiz əllərindən gələni edirlər. Amma bütün insanlarımıza səslənmək istəyirəm. Banka turşuları ilə ehtiyatlı və diqqətli olun. Bəzi insanlar bu ailə kimi, deyə bilər ki, turşunu biz özümüz hazırlayırıq. Amma bu əsas deyil. Banka turşusunu açdıqda diqqətli olun. Əgər hətta çox az da olsa bulanıqlıq varsa, onu yeməyin, çünki bu sizin və ailənizin həyatı üçün çox ciddi zərər ola bilər. Bəzən isə faciə ilə bitə bilər.

Həkimlərimizin özəlliklə qışa doğru bu kimi problemlərin artması ilə bağlı fikirləri məni bunları yazmağa sövq etdi. Diqqətli olun. Allah Xəqani qardaşımızın ailəsinə yardımçı olsun. Dualarınızı onlar üçün əskik etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm