İŞİD terrorçusu: “Allah Azərbaycan və Türkiyəni “İslam dövlətinə” bəxş edəcək”
Bizi izləyin

Nida.az

İŞİD terrorçusu: “Allah Azərbaycan və Türkiyəni “İslam dövlətinə” bəxş edəcək”

İŞİD-in Suriya qanadında “Dəməşqin çeçen canavarları” adlı qrupda döyüşən Seyfullah Akiyev Allahın mücahidlərə verəcəyi “hədiyyələr” haqqında danışıb.


Publika.az İŞİD-in çeçen camaatına yaxın saytına istinadən xəbər verir ki, sadalanan “hədiyyələr” arasında Azərbaycanın da adı çəkilir.


O, Əsəd rejiminə üz tutaraq “Siz uşaqları öldürdünüz, siz Allahın dinindən çıxdınız, yeriniz cəhənnəmdir”, - deyə bildirib: “Qardaşlar, bizim qisasa ehtiyacımız var. Biz Ömər Şişani Seyfullah Aslanın, Azərbaycan camaatının sabiq əmiri Əbu Yəhya Əl-Azərinin qisasını alacağıq”.


Daha sonra İŞİD xəlifəsi Bağdadini tərifləyən çeçen mücahid “İslam dövləti”nin genişlənəcəyini və bunun Allahın istəyi ilə baş tutacağını” deyib: “Biz qalib gələcək və bayram edəcəyik. Allah “İslam dövlətinə” Azərbaycan və Türkiyəni bəxş edəcək”.


Xatırladaq ki, Suriyada azərbaycanlılardan ibarət döyüşçülərin komandiri Əbu Yəhya Əl-Azəri ötən ilin sentyabr ayında öldürülüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm