Nida.az
ABŞ-dan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni çağırış
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini nizamlama üzrə konstruktiv addımlar atmağa çağırır. Bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.
Trend.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytı məlumat yayıb.
Psaki deyib: "Tərəflər bu il prezidentlərin üç görüşü zamanı əldə olunan impulsa söykənə bilərlər".
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri etimad tədbirləri görməlidirlər və dialoqun köməyi ilə çox şeyə nail olmağın mümkünlüyünə əminlik hiss etməlidirlər.
Psaki qeyd edib ki, ABŞ dövlət katibi Con Kerrinin Uelsdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla keçirdiyi görüş də münaqişənin sülh yolu ilə və davamlı nizamlanmasında irəliləyiş işində danışıqlar prosesinə yardım edə bilər.
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!