Ukrayna ilə Rusiya müqavilə imzalayacaq
Bizi izləyin

Ekopublika.az

Ukrayna ilə Rusiya müqavilə imzalayacaq

“Tərəflər "Naftoqaz" və "Qazprom” arasındakı müqaviləyə əlavə saziş imzalamaq niyyətindədirlər”.

Publika.az-ın xəbərinə görə, bu barədə Rusiyanın enerji naziri Aleksandr Novak bildirib. O qeyd edib ki, hazırda sənədin texniki tərəfləri həll edilir: ”Söhbət Avropa Komissiyası mən və cənab Prodan arasında razılaşdırılmış protokoldan gedir. İkinci sənədsə “Naftoqaz" və "Qazprom" arasındakı müqaviləyə əlavə sazişdir”.

O həmçinin bildirib ki, mavi qaz təchizatını nəzərdə tutan danışıqlar bu gün də davam edəcək. Nazir onu da deyib ki, Ukrayna hələ də ilkin ödənişlə bağlı təminat verməyib.

Nəzərə çatdıraq ki, oktyabrın 29-da başlayan danışıqlar 12 saat davam edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm