Çox süd içmək zərərlidir?
Bizi izləyin

Sağlamlıq

Çox süd içmək zərərlidir?

Süd faydalı olduğu qədər, çox içildiyində zərər verə bilir. Publika.az-ın məlumatına görə, İsveç alimləri 20 il apardıqları araşdırma nəticəsində bu fikri təsdiqləyiblər.

Belə ki, südün tərkibindəki kalsium və D vitamininin sümükləri gücləndirməsi məlumdur. Xüsusən də, sümükləri tez-tez sınanlara daha çox süd içmələri məsləhət görülür.

İsveç alimlərinin araşdırmasında isə çoxlu süd içməyin zərərli olduğu deyilir. Südün tərkibində yüksək miqdarda laktoza və galaktoza şəkərini çox qəbul etmək ölüm riskini artırır.

61433 qadın və 45339 kişinin gün ərzində nə qədər süd içdiyi araşdırılıb.

Çox süd içən qadınlar üzərində 20 il aparılan müşahidə nəticəsində onların 15541-nin öldüyü, 17252-nin ayaqları sınıb və ya çatladığı, 4259-nun isə bud sümüyü sındığı məlum olub.

Bu nəticələrə görə, çox süd içmək sümük sınmağının qarşısını almaqda çox da effektli deyil. Əksinə, gündə 3 stəkan süd içən qadınların ölüm riski 1 stəkan içənlərdən iki dəfə çoxdur.

11 il müşahidə aparılan kişilərin 10112-si ölüb, 5066-da ayaqları sınıb və ya çatlayıb, 1166-nın bud sümüyü çatlayıb. Çox süd içən kişilərin ölüm riskinin qadınlardan daha çox olduğu müəyyən edilib.

Alimlər məsləhət görür ki, çox süd içmək əvəzində süd məhsullarından daha çox istifadə etmək lazımdır. Əlbəttə, bu fikirlərin tam təsdiqlənməsi üçün yeni araşdırmalara da ehtiyac var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm