Rayonlara yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Rayonlara yağış yağacaq

Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, bəzi şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm