“İqbal Ağazadə bizə pul vermir” – ADP seçkiyə getməyəcək
Bizi izləyin

Nida.az

“İqbal Ağazadə bizə pul vermir” – ADP seçkiyə getməyəcək

“Bizim pulumuz olmadığı üçün bələdiyyə seçkilərində iştirak etməyəcəyik”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.


ADP sədri “Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid Partiyasının seçkiyə gedəcəyini bildirib: “Seçkidə iştirak etmək üçün 60 dairədən, 500 subyektdən 900-dən yuxarı namizəd irəli sürməliyik. Bütün ölkəni gəzməli, sənədləri hazırlamalı, təbliğat kampaniyası aparmalıyıq. Bunun üçün də böyük maliyyə vəsaiti lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Ümid Partiyası dövlətdən maliyyələşir. Onların pulu var, deməli, seçkiyə gedə bilərlər”.


S. Cəlaloğlu “Seçkidə birgə iştirak üçün malik olduqları vəsaitdən sizə kömək etmələri üçün İqbal Ağazadə ilə danışıq aparmısınızmı?” sualına belə cavab verib: “Pul versəydilər, bir yerdə gedərdik. Vermədikləri üçün biz seçkidə iştirak etməyəcəyik. Belə bir danışıq, təklif də olmayıb”.


Lakin partiya sədri “Qarabağ” blokunun qüvvədə qaldığını deyib. Onun sözlərinə görə, bu siyasi blokdur: “Seçkiyə birgə getsəydik, seçki bloku kimi qeydiyyatdan keçəcəkdik. Biz getməsək də, “Qarabağ” siyasi blok olaraq qalır. Müttəfiqliyimiz bundan sonra da davam edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm