Xanım sənətçi əsəbiləşib verilişi yarımçıq tərk etdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanım sənətçi əsəbiləşib verilişi yarımçıq tərk etdi – FOTOLAR

Gənc müğənnilər Afaq Aslan və Aytac Bərdəli arasında qalmaqal yaşanıb.

Publika.az-ın məlumatına görə, münasibətlərin daha öncədən pozulduğu “Space” telekanalında yayımlanan “Hər bir havada” verilişinin çəkilişləri zaman bəlli olub. Təsadüfən verilişdə görüşən tərəflər çəkiliş zamanı qalmaqal yaşayıblar. Belə ki, Afaqı görən Aytac ilk əvvəl verilişdən imtina etsə də, aparıcının təkidi ilə çəkilişlərdə iştirak edib. Çəkiliş zamanı Aytac, Afaqa jest edib ona xoş sözlər deyib, amma Afaq həmkarını tənqid etməkdən çəkinməyib. Emosiyalarını cilovlamağa çalışan Aytac verilişi yarımçıq tərk edib.

Məsələ ilə bağlı yalnız Afaq açıqlama verib: “Məncə, qadın güclü olmalıdır. İstər sənətdə, istərsə də şəxsi həyatında. Mübarizə etməyi bacarmaq lazımdır. Aytacın verilişi yarımçıq tərk etməsi onun acizliyidir. Əslində, onunla eyni verilişdə iştirak etmək heç mənə də xoş deyil. Mən də verilişi tərk edə bilərdim. Amma bu hərəkət tamaşaçılara qarşı böyük hörmətsizlik olardı kı, onu da Aytac etdi. Son zamanlar belə qərara gəlmişəm ki, insanlar arasında baş verən xoşagəlməz hadisələr pərdə arxasında qalsa yaxşıdır. İstəməzdim Aytacla aramızda baş verən münasibət hər kəsə bəlli olsun”.

Verilişin aparıcısı Aytənin “Siz Aytac Bərdəlini müğənni kimi tanıyırsınız?” sualına A.Aslan bu cür cavab verib: “Mən o adda adamın varlığını və onun müğənni olduğunu aramızda baş verən qalmaqaldan sonra bilmişəm. Onun nə mahnılarını eşitmişəm, nə də sənətindən xəbərim var”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm