Keçmiş “Nida”çı YAP-a ərizə verdi
Bizi izləyin

Nida.az

Keçmiş “Nida”çı YAP-a ərizə verdi

Radikal müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı “Nida” təşkilatının keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib.

Publika.az-ın YAP-ın rəsmi saytına istinadən məlumatına görə, Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.

Keçmiş “Nida”çı YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum”, – deyə qeyd edib.

Nəsrəddin Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm