Yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb
Bizi izləyin

Qırmızı.az

Yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

Cari dərs ilində ölkəmizin ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.

Eyni zamanda, ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədi ilə yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.

Qeyd edək ki, son illərdə yenidənhazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb.

Hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədi ilə kadrların yenidənhazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir.

Pedaqoji profilli ixtisaslar üzrə yenidənhazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm