Qırmızı.az
Əməyin təhlükəsizliyi üzrə Milli Strategiya hökumətə təqdim olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yaxın gələcəkdə qəbul edilməsi gözlənilən bu sənəddə əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində perspektiv tədbirlər əksini tapıb.
Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin,
Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini
istehsal edən müəssisələrin yaradılması kimi tədbirlər yer alıb.
Habelə, layihəyə əsasən, iş yerlərində təhlükəsizlik və sağlamlıq
üzrə Avropa standartlarının qəbul edilməsi, əməyin gigiyenik
təsnifatının, əməyin mühafizəsi və gigiyenası üzrə normativ hüquqi
aktların hazırlanması, bu sahənin idarə edilməsi sisteminin,
həmçinin qadınlar üçün müəyyən edilmiş əməyin mühafizəsi norma və
qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Bunlarla yanaşı, əməyin mühafizəsi və gigiyenası üzrə
mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət
sifarişlərinin verilməsi, bu sahədə çalışan mütəxəssislərin əlavə
təhsilinin təmin edilməsi, işçilərin sağlamlığının qorunması
məqsədilə icbari tibbi sığorta olunmasına, iş yerlərinin
attestasiyasının keçirilməsinə dövlət və ictimai nəzarətin
gücləndirilməsi tədbirləri də layihədə əksini tapır. Layihədə
müəssisələrdə əməyin yüksək səviyyədə mühafizəsi şəraiti
yaradılmasına yönəldilmiş iqtisadi siyasətin aparılması,
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın
təmin edilməsi, yeni və yenidən qurulmuş bütün müəssisələrin əməyin
mühafizəsi və texniki təhlükəsizlik üzrə
sertifikat-pasportlaşdırılmasının həyata keçirilməsi və s. kimi
perspektiv tədbirlər müəyyən olunub.
Eyni zamanda, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat
sanitariyası və gigiyenası norma və qaydalarına əməl edilməsinə
dövlət və ictimai nəzarətin əhatə dairəsinin genişləndirilməsi,
təhlükəsiz əmək şəraitinin yaradılmasının, təhlükəsiz texnika və
texnologiyanın tətbiqinin, fərdi və kollektiv mühafizə
vasitələrinin istehsalının və əməyin mühafizəsində qabaqcıl
təcrübədən istifadə edilməsinin həvəsləndirilməsi və s. də
perspektiv tədbirlər sırasındadır. Layihədə Strategiya qəbul
edildikdən sonra onun həyata keçirilməsi üçün Dövlət Proqramının
hazırlanması da nəzərdə tutulur.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...