“Azan qadağan edilsin!” - əcaib qanun layihəsi
Bizi izləyin

Dünya

“Azan qadağan edilsin!” - əcaib qanun layihəsi

İsrail xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi ifrat sağçı “Evimiz İsrail” Partiyasından olan millət vəkili Robert İlatov azanın qadağan olunmasını istəyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, millət vəkili təklifini azanın "səs-küy çirkliliyi” yaratması ilə izah edib.

R.İlatov İsrail sərhədləri daxilində azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi də hazırlayıb. Onun təklifinin xarici işlər naziri tərəfindən də dəstəkləndiyi bildirilir.

Qanun layihəsinin qarşıdakı həftələrdə Nazirlər Kabinetinin gündəminə gələcəyi deyilir. Ancaq qanun layihəsinin dini azadlıqlara qarşı olduğu üçün rədd ediləcəyi də güman edilir.

İsraildə analoji bir qanun layihəsi 2011-ci ildə “Evimiz İsrail” tərəfindən gündəmə gətirilmiş, lakin dəstək qazanmamışdı. İsrail sərhədləri daxilində təxminən 20 faiz ərəb yaşayır. İsraildə yaşayan ərəblərin böyük əksəriyyəti müsəlmanlardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm