Rusiyadan “fahişə açıqlaması” - bu ölkələr ixracatda liderdir
Bizi izləyin

Dünya

Rusiyadan “fahişə açıqlaması” - bu ölkələr ixracatda liderdir

Ukrayna və Baltikyanı ölkələr “fahişələrin ixracı”nda yeni “lider”lərdir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin transsərhəd cinayət və insan alveri ilə mübarizə üzrə şöbə rəisi Aleksey Arxipov bildirib.

Onun sözlərinə görə, son altı il ərzində ruslar nadir hallarda xaricdə seksual köləliyə cəlb olunurlar: “Bu sahədə "liderlik" Baltikyanı ölkələr, Moldova və Ukraynaya məxsusdur. Səbəb isə bu ölkələrdəki çətin iqtisadi vəziyyətdir. 2007-2008-ci illərdən başlayaraq Rusiya qadınlarının seksual məqsədlərlə xaricə getməsi azalıb”.

A.Arxipov həmçinin qeyd edib ki, vizaların alınması ilə bağlı problemlərin olmaması Baltikyanı, Moldova və Ukraynanın bu sahədə “lider” olmasına şərait yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm