Dövlət rəsmisi salam verdi, əl havada qaldı - FOTO
Bizi izləyin

Dünya

Dövlət rəsmisi salam verdi, əl havada qaldı - FOTO

Türkiyədə yüksək nəticə göstərən “imam xətib” məktəbinin şagirdi mükafatı təqdim edən dövlət rəsmisinin əlini sıxmayıb.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, dünən Türkiyədə Cümhuriyyətin yaranmasının 91-ci ildönümü qeyd edilib. Bu bayram bütün şəhər və kəndlərdə çoşqu ilə keçirilib. Lakin İstanbulun Böyükçəkməcə rayonunun Cümhuriyyət Meydanında keçirilən “Cümhuriyyət Bayramı” şənliyində maraqlı hadisə baş verib.

Belə ki, dövlət rəsmisi Hulusi Arat yüksək nəticə göstərən şagirdlərə mükafatlar təqdim edib. Yüksək nəticə göstərənlərdən biri də “imam xətib” məktəbinin şagirdi olub. Hulusi Arat “imam xətib” məktəbinin şagirdi ilə salamlaşmaq və təbrik etmək üçün ona əl uzadıb. Ancaq dövlət rəsmisinin əli havada qalıb. Nə baş verdiyini anlamayan Arat ikinci dəfə əlini uzadan zaman “imam xətib” məktəbinin şagirdi “yox, əlimi verə bilmərəm” deyərək, oradan uzaqlaşıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm