XİN "Amerikanın səsi" radiosunda antiazərbaycan verilişin yığışdırılmasının təfərrüatlarını açıqladı
Bizi izləyin

Digər

XİN "Amerikanın səsi" radiosunda antiazərbaycan verilişin yığışdırılmasının təfərrüatlarını açıqladı

“Amerikanın səsi” radiosunda Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar gedən verilişlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən reaksiya verilib və Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi "Amerikanın səsi" radiosunun rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Bununla əlaqədar "Amerikanın səsi" radiosunun direktoru David Ensor tərəfindən göndərilmiş cavab məktubunda sözügedən verilişə görə üzrxahlıq ifadə olunaraq, bu verilişin redaksiyadaxili nəzarətdən yayındığı, obyektiv və qərəzsiz jurnalistika standartlarına cavab vermədiyi etiraf olunub".

Bunu Trend-ə “Amerikanın səsi” radiosunda Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar oktyabrın 18-də efirə getmiş verilişin efirdən götürüldüyü barədə sualı cavablandırarkən Xarici İşlər Nazirliyinin mətbuat xidməti vəzifəsini icra edən Hikmət Hacıyev deyib.


XİN rəsmisinin sözlərinə görə, məktubda o da bildirilir ki, video “Amerikanın səsi” radiosunun erməni xidmətinin internet səhifəsindən çıxarılacaq və səhifədə tezliklə müvafiq dürüst qeyd yerləşdiriləcək: "Bunlar da artıq edilib. David Ensor məktubda haqqında bəhs olunan videoda “Amerikanın səsi” radiosunun əsaslandığı standartların pozulmasına görə təəssüfünü bildirərək, gələcəkdə bu kimi halların qarşısının alınacağını qeyd edib".


Qeyd edək ki, Trend tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, həqiqətən də “Amerikanın səsi” radiosunun erməni xidmətinin internet səhifəsindən bu video yığışdırılıb və erməni dilində növbəti məzmunlu açıqlama yerləşdirilib:

“2014-cü ilin 18 oktyabr tarixində “Amerikanın səsi” erməni xidməti özünün saytında Dağlıq Qarabağ barədə “Amerikanın səsi”nin tarazlıq və obyektiv baxış üzrə jurnalistika standartlarına cavab verməyən 10 dəqiqəlik video yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf edirik və əmin edirik ki, "Amerikanın səsi"nin erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq fəaliyyət göstərəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm