Neft Daşlarında yeni quyular qazılacaq
Bizi izləyin

Ekopublika.az

Neft Daşlarında yeni quyular qazılacaq

“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündən əlavə olaraq 4 istismar quyusunun qazılması məqsədi ilə yenidənqurma işlərinə başlanılıb.

Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, özüldən qazılacaq 4 istismar quyusundan neftin hasilatını və nəqlini təşkil etmək məqsədi daşıyan layihə çərçivəsində indiyə kimi ümumi uzunluğu 120 metr olan müxtəlif diametrli 3 ədəd qoruyucu və 170 metr uzunluğunda 3 ədəd istiqamətləndirici boru quraşdırılıb, borulararası boşluq sement məhlulu ilə doldurulub.

120 metr uzunluğunda 1 ədəd qoruyucu borunun və 170 metr uzunluğunda 1 ədəd istiqamətləndirici borunun quraşdırılması nəzərdə tutulur. İşlərin bu ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.

Qeyd edək ki, tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm