ABŞ-da təyyarə aeroportun binasına çırpılıb
Bizi izləyin

Dünya

ABŞ-da təyyarə aeroportun binasına çırpılıb

ABŞ-ın Kanzas ştatında “Hawker Beechcraft King Air” tipli təyyarə Uiçito aeroportunun binasına çırpılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, dördü isə yaralanmışdır.

Ölən və yaralananların hamısı binanın daxilində olub.

ABŞ Mülki Aviasiyası federal idarəsinin məlumatına görə, pilot dispetçerə uçuşdan dərhal sonra bort mühərriklərinin sıradan çıxması barədə məlumat verib. Pilot təyyarəni enmə zolağına endirməyə çalışsa da bu mümkün olmayıb və təyyarə aeroportun ikimərtəbəli binasına çırpılıb. Qəza nəticəsində yanğın başlayıb. Yanğının ətraf əraziyə yayılmasının qarşısının alındığı bildirilir.

Pilotun taleyi haqqında isə hələlik məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm