Ağcabədidə partlayış: 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə partlayış: 3 yaralı

Ağcabədidə evdə partlayış olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb.

Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm