Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının Biləcəri qəsəbəsində baş verən avtobus qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Publika.az-ın məlumatına görə, FHN-nin rəsmi saytında yerləşdirilmiş açıqlamda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda “İVECO” markalı sərnişin avtobusu yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük avtomobili ilə toqquşub. Nəticədə, avtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:25-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm