İsrail Məscid-i Aksa qadağasını ləğv etdi
Bizi izləyin

Dünya

İsrail Məscid-i Aksa qadağasını ləğv etdi

İsrail polisinin Qərbi Qüdsdə Məscid-i Aksanya daxil olması barədə qadağası ləğv edilib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Təhlükəsizlik Müdirliyinin sözçüsü Miki Rosenfelt bildirib.

Xatırladaq ki, İsrail polisi radikal sağçı yəhudi din xadiminin Qərbi Qüdsdə silahlı hücum zamanı ağır yaralanması səbəbindən Məscid-i Aksanın bütün müsəlmanlar üçün qapalı olduğunu bildirib. Polis bunu bəzi radikal sağçı yəhudi qrupların kütləvi şəkildə Məscid-i Aksaya yürüş qərarı verməsi ilə əlaqələndirib.

Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin Məscid-i Aksanı müsəlmanların üzünə bağlaması qərarını “müharibə elanı” kimi dəyərləndirmişdi.

Qeyd edək ki, məscidə giriş İsrailin Şərqi Qüdsü işğal etdiyi 1967-ci ildən sonra ilk dəfə qadağan olunmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm