Hakimi hədələyən prezidentə cəza kəsildi
Bizi izləyin

İdman

Hakimi hədələyən prezidentə cəza kəsildi

"Fənərbağça” klubunun prezidenti Aziz Yıldırıma cəza kəsilib.

Publika.az xəbər verir ki, TFF-nin İntizam Komitəsi "sarı lacivərdlilər”in rəhbərini 60 günlük futboldan uzaqlaşdırıb. Bundan başqa, Yıldırıma 26 min Türkiyə lirəsi cərimə kəsilib.

Aziz Yıldırımın cəzalanmasının səbəbi isə onun hakimlərə qarşı etdiyi qeyri-etik hərəkəti olub. Xatırladaq ki, klub rəhbəri referini hədələmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm