“Rembo” tutuldu
Bizi izləyin

Dünya

“Rembo” tutuldu

ABŞ-ın Pensilvaniya ştatında döyüş filmlərinin qəhrəmanı olan “Rembo”nu yamsılamaqla polisə hücum etmiş şəxs həbs edilib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin ən təhlükəli cinayətkarlarından olan Erik Freyn “Rembo: birinci qan” filmini səhnələşdirməyə çalışırmış.

Onun bir polisi öldürdüyü, digərini isə yaraladığı deyilir. Freynin bundan sonra meşəyə qaçaraq gizləndiyi bildirilir. Məlumata görə, cinayətkarın üzərindən odlu silah götürülüb.

Hüquq-mühafizə orqanlarının mindən çox əməkdaşı təxminən iki ay ərzində Freyni axtarıb. O, ABŞ Federal Təhqiqatlar Bürosunun təşkil etdiyi və ölkənin 10 ən təhlükəli cinayətkarının adının olduğu siyahıya daxil edilmişdi.

Müstəntiqlər müəyyən ediblər ki, Freyn polislərə hücumu bir neçə il ərzində planlaşdırıb. Hadisənin motivləri hələlik məlum deyil. Amma müstəntiqlər istisna etmirlər ki, o, “Rembo: birinci qan” filmini səhnələşdirməyə çalışıb. Həmin filmin baş qəhrəmanı da polisdən gizlənirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm