SSRİ-nin ilk azərbaycanlı milyonçusu öldü – FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

SSRİ-nin ilk azərbaycanlı milyonçusu öldü – FOTO/VİDEO

SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyev ötən gecə dünyasını dəyişib. Bu barədə mərhumun “Facebook” sosial şəbəkəsindəki profilində məlumat verilib.

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirib və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən internat məktəbində böyüyüb.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovsk və.s əyalətlərdə Polis orqanlarında işləyib, bir müddət sonra isə orqandan xaric edilib. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurub və SSRİ-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşıb. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşüb, bu hadisədən ciddi psixoloji zədələr alıb. 1 həftə sonra Vilnüs şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verib. Müharibə illərində orduya külli miqdarda vəsait ayırıb. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilib.

Ötən əsrin 80-ci illərinin sonunda artıq milyoner kimi məşhurlaşan Cənnət öz "uşaqlıq arzusi"nu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə Sverdlovskda "Təbriz" adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vüqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin hələ 1973-cü ildə öz ata həsrətinə bəstələdiyi musiqisi və Təbrizli şairəmiz Hökumə Billurinin "Təbriz" şeirinin vəhdətindən yaranan "Təbriz" mahnısı olur. Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz haqqında, Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur, SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. "Təbriz" mahnısı üçün klip çəkiminə başlanır, Sverdlovskda İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, külli miqdarda vəsait klipin çəkilişinə ayrılır. Həmin klip efirə getdikdən sonra çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə calandıqdan 10 gün sonra Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 Dekabr "Dünya Azərbaycanlılarının həmrəyliyi günü" kimi tarixə düşüb.

Allah rəhmət eləsin!

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm