“O, “futbol tanrıları”nın hədiyyəsidir”
Bizi izləyin

İdman

“O, “futbol tanrıları”nın hədiyyəsidir”

"Everton"un baş məşqçisi Roberto Martinez futbolçu Samuel Etonun komandaya cəlb olunmasına müsbət baxıb.

Publika.az xəbər verir ki, ispan çalışdırıcı İngiltərə Premyer Liqasının son turunda "Burnley"in qapısına 2 dəfə yol tapan kamerunlu hücumçu haqqında danışarkən onu “futbol tanrılarının hədiyyəsi” adlandırıb:

“Komandada Eto kimi təcrübəli futbolçuya malik olmaq futbol tanrılarının hədiyyəsidir. O, gənc oyunçularımız üçün ideal nümunədir. Samuelin bazar günü göstərdiyi oyun möhtəşəm performans idi. Onun təcrübə və bacarığı avrokubok matçlarında özünü göstərib. "Burnley" ilə görüşdə dubl etməsi mənə onun karyerasının ən yaxşı vaxtlarını xatırlatdı. O, əla futbolçudur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm