Pakistan silah kolleksiyaçısı Kanadada həbs edildi
Bizi izləyin

Dünya

Pakistan silah kolleksiyaçısı Kanadada həbs edildi

Kanada hüquq-mühafizə orqanları parlamentdə bir müddət əvvəl baş verən atışma ilə əlaqədar Pakistandan olan silah kolleksiyaçısını həbs edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistan vətəndaşı 30 yaşlı Məhəmməd Akik Ansarinin böyük silah arsenalına sahib olduğundan cəmiyyət üçün təhlükəli göründüyü və ekstremist baxışlarının olduğu bildirilir.

Lakin onun vəkili müdafiə etdiyi şəxsin yalnız silah kolleksiyaçısı olduğunu və heç vaxt təcavüzkar olmadığını deyib.

Xatırladaq ki, oktyabrın 22-də Kanadanın paytaxtı Ottava şəhərində naməlum şəxslər parlament yaxınlığında yerləşən Milli hərbi memorialın yanında hərbi qulluqçuya atəş açıblar. Onlardan biri daha sonra parlament binasına qaçıb və təxminən 30 dəfə atəş açıb. Cinayətkar cavab atəşi ilə öldürülüb.

Cinayətkarın yaraladığı polis də sonradan ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm