Rusiyadan separatçılara növbəti “humanitar yardım”
Bizi izləyin

Dünya

Rusiyadan separatçılara növbəti “humanitar yardım”

Rusiyanın Donbas hövzəsinə göndərdiyi humanitar yük Ukrayna sərhədini keçib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, humanitar yük kolonunun ilk partiyası Luqanska, ikinci partiyası isə Donetskə çatdırılacaq.

Rusiya tərəfi humanitar yardımın tikinti materialları, ərzaq məhsulları, tibbi preparatlar, həmçinin qışa hazırlıq üçün maddi-texniki vasitələrdən ibarət olduğunu bildirib. Humanitar yük kolonu 100 avtomobildən ibarətdir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bundan əvvəl Ukraynaya daxil olan “humanitar yardımlar”ın heç biri Kiyevlə razılaşdırılmadığını və “yardımlar”ın yerli əhaliyə çatmadığını bildirib: “Buna görə də biz mülki əhaliyə çatdırılacaq humanitar yardımdan danışa bilmərik. Bu yük avtomobilləri humanitar yardım bəhanəsi ilə Ukraynanın ərazisinə daxil olur. Amma söhbət separatçıların silahlanmasından gedir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm