Saxtakarlarla bağlı xəbərdarlıq
Bizi izləyin

İdman

Saxtakarlarla bağlı xəbərdarlıq

Noyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyunu keçiriləcək. Publika.az xəbər verir ki, Ağdam klubu bu oyun öncəsi azarkeşlərə müraciət edib.

“Yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşıb. Bütün Azərbaycanın qüruru olan "Qarabağ"ımızın avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olub. Xüsusilə qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq "Qarabağ" Futbol Klubu xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.

Belə ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.

Bütün ictimaiyyətdən xahiş edirik ki, bileti hansısa fərdi şəxslərdən yox, Respublika stadionunun kassalarından alasınlar. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.

Biletlər bazar ertəsi, noyabrın 3-dən saat 9:00-dan etibarən satışa çıxarılacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm