Hərbi ekspert: “Hücum “Kabus” zərbə qrupunun döyüş sınağı idi”
Bizi izləyin

Dünya

Hərbi ekspert: “Hücum “Kabus” zərbə qrupunun döyüş sınağı idi”

Ukrayna qoşunlarının 32-ci postunun məhv edilməsi üzrə əməliyyat separatçılar və Rusiya muzdlulardan təşkil olan yeni zərbə qrupunun döyüş hazırlığının yoxlanılması idi.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirləri Ukrayna Hərbi-Siyasi Tədqiqatların Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert qeyd edib ki, 32-ci posta ”Kabus” zərbə qrupu hücum edib.

D.Tımçukun sözlərinə görə, qruplaşmaya yerli döyüşçülər və Rusiya muzdluları daxil olmaqla 1200 nəfər daxildir. Zərbə qrupunun hərbi texnika arsenalına isə 20-yə qədər tank, 40 BBM və 40-a qədər artilleriya qurğusu, həmçinin reaktiv yaylım atəş sistemləri və minaatanlar daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm