Qırmızı.az
Metroda 76 stansiya olacaq
"Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyaları 2015-ci ildə istifadəyə veriləcək. Plana 53 yeni stansiya və 84,3 km metro xətlərinin inşası nəzərdə tutulub. Publika.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov yap.org.az-a müsahibəsində deyib.
Z.Hüseynov bildirib ki, Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq. Yəni Konseptual İnkişaf sxeminə görə mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xəttlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılmış, bununla bağlı konkret işə başlanılıb:
“Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir.Belə ki,”Xətai” –“H. Aslanov-2” sahəsinin layihələndirmə,”H.Aslanov -2” və “H.Aslanov-2 - Y-18 “ stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir.
Hal-hazırda “Beynəlxalq Avtovağzal terminalı”ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, “Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir.Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Bundan başqa, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir,B-4 stansiyasında tikinti işlərinə artıq başlanıb.Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir”.
Z.Hüseynovun sözlərinə görə, Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan,11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub.
Sərnişinlərin təhlükəsizliyi baxımından, eyni zamanda Tikinti Normaları və Qaydalarına görə dərin özüllü stansiyaların iki çıxışlı olması tələb olunur. Hazırda “Elmlər Akademiyası” stansiyasının II çıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO