Məşhur rusiyalı aktyor separatçılara qoşuldu – VİDEO
Bizi izləyin

Dünya

Məşhur rusiyalı aktyor separatçılara qoşuldu – VİDEO

“Donetsk Xalq Respublikası” separatçı quruma səfər edən məşhur rusiyalı aktyor Mixail Poreçenkov Donetsk aeroportu ətrafında yerləşən mövqedən pulemyotla atəş açıb.

Publika.az-ın verdiyi xəbərə görə, hadisə videolentə alınaraq “Youtube” paylaşma saytında yerləşdirilib.

Rusiyalı aktyor tamamilə hərbi formadadır və kaska geyinib.

Ukrayna daxili işlər naziri Arsen Avakov isə “Facebook” səhifəsində M.Poreçenko ilə bağlı cinayət işinin qaldırılacağını yazıb: “Güman edirəm ki, onun ölkəyə girişinə qadağa qoyulacaq. Daha sonra isə axtarışa veriləcək. Baxaq görək, o, Avropaya necə gedəcək?”

Rusiyalı aktyorun özü isə “Qazete.ru” saytına açıqlamasında Donetskə atəşkəs rejiminə əməl edilməsinə əmin olmaq üçün getdiyini bildirib: “Ancaq aeroportda əmin oldum ki, heç bir barışıq yoxdur”.

O həmçinin bildirib ki, xəstəxanalar üçün dərman aparıb.

Son məlumata görə, M.Poreçenkova barəsində Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə cinayət işi açılıb.

“Mixail Poreçenkov Donetskə gələrək silahlı dəstə tərkibində avtomatik silahdan Ukrayna silahlı qüvvələrinə qarşı atəşdə şəxsən iştirak edib. Ukraynanın Cinayət Məcəlləsinə əsasən, onu 7 ildən 12 il müddətinə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir”, - deyə A. Avakov yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm