AFFA-dan cavab: "Yalandır"
Bizi izləyin

İdman

AFFA-dan cavab: "Yalandır"

Serbiyanın "Srvena Zvezda" klubunun keçmiş baş məşqçisi, Xorvatiya yığmasının sabiq oyunçusu Robert Prosineçkinin Azərbaycan millisinə dəvət edilməsi barədə məlumat vermişdik.

Məlumata görə, ötən gün Parisdə Prosineçki ilə AFFA nümayəndələri arasında görüş olub və razılıq ələ edilib. Gələn həftə Prosineçkinin AFFA ilə müqavilə imzalayacağı iddia olunurdu. (http://publika.az/p/49469)

AFFA-nın mətbuat xidmətinin əməkdaşı Firuz Abdulla, Prosineçkinin təyinatı ilə bağlı yayılan xəbərlərə cavab verib. O, Publika.az-a açıqlamasında məlumatı təkzib edib. Federasiya rəsmisi bu məlumatların heç bir əsasının olmadığını deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm