Mayk Tayson: "Məni zorlayıblar"
Bizi izləyin

İdman

Mayk Tayson: "Məni zorlayıblar"

Dünya boksunun əfsanəsi Mayk Tayson uşaqlıqda zorakılığa məruz qalmasını ictimaiyyət qarşısında etiraf edib.

Maykın 7 yaşı olarkən küçədə bir kişi onu tutaraq alçaldıb və seksual zəmində təhqir edib.

Xarici mətbuatın verdiyi xəbərə görə, radioya müsahibə verən Tayson deyib: “Mən 7 yaşında idim. Bir kişi məni küçədə yaxaladı. O, məni alçaldaraq seksual xarakterli hərəkətlər etməyə başladı”.

Boksçunun sözlərinə görə, bu hadisə yalnız bir dəfə baş verib. O, “kaftar” adlandırdığı zorakı kişinin əlindən qaçıb və bir daha onu görməyib. Tayson baş vermiş hadisə haqda polisə xəbər verməyib.

Boksçu qeyd edib: “Mən bu haqda dumanlı xatırlayıram. Amma bu hadisə ilə bağlı nə rüsvayçılıq, nə də utanc hissləri keçirirəm”.

Qeyd edək ki, Tayson özü 1992-1995-ci illərdə zorlamaya görə məhkumluq həyatı yaşayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm