Evindən 500 milyonluq heroin çıxan İlqar İmanov DANIŞDI – Yenilənir
Bizi izləyin

Qırmızı.az

Evindən 500 milyonluq heroin çıxan İlqar İmanov DANIŞDI – Yenilənir

Evindən 500 milyonluq heroin çıxan İlqar İmanov istintaqa ifadə verib. Publika.az xəbər verir ki, İlqar İmanov ifadəsində heç zaman "Bakılı oğlanlar" komandasında çıxış etmədiyini bildirib.

****

”Bakılı oğlanlar” KVN komandasının üzvü Tahir İmanov Publika.az-a açıqlama verib:

“Bizim komandada heç vaxt narkoman olmayıb. İçən olub, amma narkoman olmayıb. İlqar İmanova gəlincə, ümumiyyətlə,”Parni iz Baku” KVN komandasının bu adda üzvü olmayıb. Bu xəbəri yaymaqla komandamızın adına ləkə gətirmək istəyirlər”.

Cəvahir Səlimqızı

*****

Rusiya polisi şok əməliyyat keçirib. Rusiya Federasiyası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi Viktor İvanovun açıqlamasına görə, əməliyyat zamanı 174 kiloqram təmiz heroin aşkar olunub.

Rusiya mətbuatı isə narkotikin “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun keçmiş üzvü İlqar İmanova aid olduğunu iddia edib.

Publika.az "Lifenews.ru" saytına istinadən xəbər verir ki, İvanovun açıqlamasında heroinin Moskvaya Orta Asiya ölkələrindən gətirildiyini və banan qutularında gizlədildiyini deyib.

Qurum rəisi SSRİ zamanında belə böyük həcmdə heroinin tutulmadığını deyib.

İvanov mütəşəkkil dəstənin izinə 2013-cü ilin yanvarından düşdüklərini bildirib.

Onun sözlərinə görə, İlqar İmanova məxsus villa iki tacik tərəfindən qorunurmuş. Əməliyyat zamanı kriminal aləmdə tanınmış şəxsin başçılıq etdiyi dəstə tutulub. Həbs olunanların sayının 6 nəfər olduğu xəbər verilir. Amma İlqar İmanovun həbsi barədə məlumat verilmir.

Bəzi Rusiya xəbər agentlikləri isə, İlqar İmanovun "Bakılı oğlanlar" klubunun üzvü olduğu barədə məlumatların təsdiqlənmədiyini yazırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm