Arif Hacılıdan Qubad İbadoğluya sərt reaksiya: “Rəhbərlik artıq dəyişib”
Bizi izləyin

Nida.az

Arif Hacılıdan Qubad İbadoğluya sərt reaksiya: “Rəhbərlik artıq dəyişib”

“MNTK-nın Qubad İbadoğlunun təqdim etdiyi arayışa rəyi seçkinin azad və demokratik keçdiyini göstərir. Qurultayın bitməsindən bir aydan çox vaxt keçib. Hesab edirəm ki, bu məsələlər artıq yekunlaşmalıdır”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Müsavatda başqanlıq seçkiləri ilə demokratik örnək yaranıb: “Seçki kampaniyası və seçkilər paritet əsaslarla keçirilib. Hər kəsin gözü qarşısında baş tutan seçkini tanımamaq doğru deyil”.


A. Hacılı yaxın müddətdə Məclis sədri və icra aparatının rəhbərinin müəyyən olunacağını bildirib: “Partiya rəhbərliyi artıq dəyişib. Müsavatın ideoloji xəttinə uyğun olaraq fəaliyyətimizi davam etdirməliyik. Partiya Məclisi bələdiyyə seçkiləri ilə bağlı qərar qəbul edib. Üzvlərimiz sərbəst şəkildə seçkidə iştirak edə bilərlər”.


Müsavat başqanı Qarabağ məsələsi, Kəlbəcərdə girov götürülən soydaşlarımız və Ukraynadakı parlament seçkilərindən də danışıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm