"Ah, bu qadınlar! Onlarla yaşamaq mümkün deyil, adamın güllələməyə də heyfi gəlir"
Bizi izləyin

Bu kino ki, var...

"Ah, bu qadınlar! Onlarla yaşamaq mümkün deyil, adamın güllələməyə də heyfi gəlir"

"Bu kino ki var" layihəsi bu gün filmlərdən olan maraqlı sitatları təqdim edir:

- Sən evlisən?

- Nəyə görə soruşursan?

- Çünki özü haqda heç nə danışmayan kişilər həmişə evli olur ("Tanış olun, Co Blek").

Mən bilirəm ki, sənin keçmişin yoxdur. İcazə ver, sənə gələcək təklif edim ("Mələk-A").

Zamanın problemi onun çatışmazlığında deyil. Problem ondadır ki, onu bir daha geri qaytarmaq olmur ("Səma hər şeyi görüb").

Sən mənim yanımda olmayacaqsansa, mənə sabahlar lazım deyil ("Kölgə ilə döyüş").

Kədərlənmək əvəzinə sevinmək üçün çətin yol seç. Çünki insanlar özlərini çox sevir və ona görə də əziyyət çəkirlər ("Sonuncu vaqona kim girəcək").

Kimsə bizim həyatımıza daxil olanda bəzilərimiz "Mən təhlükəyə hazır deyiləm", - deyirik. Bəzilərimiz isə "Həmişəlik mənimlə qal" söyləyirik ("Məni xatırla").

- Mənim adım Cek Dousondur.

- Mənsə Roza Dyuitt Byukeyterəm.

- Adın düzgün yazılışını mənə göstərərsən, yaxşımı? ("Titanik" )

- Biz qadınıq, Roza. Bizim taleyimizdə səbir və tabeçilik yazılıb ("Titanik").

Mənə nə lazım idisə, hamısı var: nəfəs almaq üçün hava, kağızlarım üçün qovluq. Mən sabah nə olacağını, kiminlə görüşəcəyimi və sonra nələr olacağını bilmədən yuxudan oyanmağı sevirəm. Bundan əvvəl mən körpü altında yatardım, bu gün isə mən burada möhtəşəm bir gəmidəyəm. Şampan içirəm... Həyat – bu, vergidir və onu qiymətləndirmək lazımdır. Sabah nə olacağını əvvəldən bilmək olmaz. Həyatı necə varsa, elə də qəbul edin. Yaşamış hər günün qədrini bilin... ("Titanik")

- Mən səni sevirəm, Cek!

- Lazım deyil! Vidalaşmaq üçün hələ tezdir! Çox tezdir...

- Mənə elə soyuqdur!

- Mənə qulaq as! Sən boğulmayacaqsan. Sən sağ qalacaqsan, çoxlu uşaqların olacaq və sən onların necə böyüdüyünə tamaşa edəcəksən. Sən qoca qarı kimi isti yataqda öləcəksən. Ancaq burada ölməyəcəksən. Bu gecə yox. Və indi yox, başa düşdün? ("Titanik")

- Siz hansını seçirsiniz: pivəni, ya sağ qalmağı?

- Hansı pivədəndir? ("Simpsonlar")

- Şayiələr gəzirdi ki, guya səni kral gürzəsi dişləyib.

- Elədir ki, var. 5 gün əzablı ağrılardan sonra... gürzə gəbərdi! ("Qarşısıalınmazlar").

- Sən bilirsən dünyada ən dağıdıcı şey nədir?

- Şəkər?

- Peşmanlıq. ("Qara geyimli adamlar 3")

- Mənə sual ver: okeanın dərinliyi nə qədərdir?

- Nəyə görə?

- Ona görə ki, mən cavabı bilirəm.

- Yaxşı, okeanın dərinliyi nə qədərdir?

- Onu sənə deməyəcəm.

-Vəssalam, mənim bütün həyatım məhv oldu ("Okean").

- Həyat həmişə belə zibil kimidir, yoxsa ancaq uşaqlıqda belə olur?

- Həmişə. ("Leon")

- Mən dəli olmuşam.

- Qorxuram ki, düz deyirsən. Tamamilə ağlın qaçıb. Ancaq gəl sənə bir sirr açım: dəlilər hamıdan ağıllı olur ("Alisa möcüzələr diyarında").

Qərar qəbul etmədən nəticənin öhdəsindən gəlmək çətindir ("Qanuna tabe olan insan").

- Sən ya psixsən, ya da çox ağıllısan.

- Bu, eyni mahiyyətin iki qütbüdür ("Karib dənizinin quldurları").

İnsanların iki tərəfi olur: yaxşı və pis; keçmişi və gələcəyi. Sevdiyin insanda hər iki tərəfini qəbul etməlisən. ("Turist")

Bəzən susub ağıldankəm görünmək yaxşıdır, nəinki ağzını açıb ağıldankəm olduğunu sübut etmək ("Fövqəltəbii insanlar").

Həyat alınıb verilən nəfəslərin sayına görə ölçülmür. Həyat sevincdən nəfəsinin kəsildiyi anlara görə ölçülür ("Hitç metodu").

O adam dəlidir ki, özünü idarə edə bilmədiyi halda başqalarını idarə etmək istəyir ("Coker").

Hərənin öz cəhənnəmi var. Cəhənnəmin od və qırdan olması mütləq deyil. Bizim cəhənnəmimiz boşuna getmiş həyatdır ("Arzular hara aparır").

Qorxu səni əsirə çevirir. Ümid isə azadlıq verir ("Şouşenkdən qaçış").

"Başından yuxarı hoppana bilməzsən" ifadəsi sizə tanışdır? Bu, yalandır. İnsan hər şeyə qadirdir ("Prestij").

-Bütün ağıllı insanların klassik səhvlərini təkrarlama: elə fikirləşmə ki, səndən ağıllısı yoxdur ("Sərhədsiz").

Əgər insan öz günahlarına görə peşmançılıq çəkirsə, o zaman o, xoşbəxt olduğu vaxtlara qayıdıb orada həmişəlik qala bilər. Bəlkə də, bu elə cənnətin özüdür ("Yaşıl Mil").

-Mən dua edəndə, qəlbim sakitləşir.

-Mən isə səni xoşbəxt görəndə mənim qəlbim daha çox rahatlıq əldə edir. ("Bu cütlüyü Allah yaratdı").

-Bu, görüşdür?

-Bu, müsahibədir.

-İlk görüş həmişə müsahibə olur ("Əyləncə gecələrin kralı").

Mən bütün dünyanı gəzmişəm, hər şey görmüşəm. Kilimancaroda olmuşam, Laosda uçan siçan yemişəm... Bilirsən, mənim sirrim nədədir? Həmişə "hə" de. "Hə" sözü bütün mənim həyatımı dəyişib ("Həmişə "hə" de").

Zəhləmiz getdiyi işə gedirik ki, bizə lazım olmayan cır-cındır alaq... ("Döyüş klubu").

-Milanda görüşənədək.

-Sən oraya tezliklə gələcəksən?

-Hə, tezliklə. 3-4 ildən sonra ("İnadkarın ram edilməsi").

-Mən gəldim sənə deyim ki, sən anormal, ağıldankəm, qadın düşməni, kobud və qanmazsan!

-Sonra?...

-Sən hələ lovğasan da.

-Aydındır. Sən mənə aşiq olmusan ("İnadkarın ram edilməsi")

-Siz The Best Little Chapel küçəsinin harada yerləşdiyini bilirsiniz?

-Bilirəm. Bu küçə "Xəritəni əlinə götür və cəhənnəm ol" tinində yerləşir ("Veqasda qonaqlıq").

- Nənəm kimi, onda da holokostda qoruyub saxladığı üzüyü var.

-Mən bilmirdim ki, holokosta üzük paylayıblar ("Veqasda qonaqlıq").

-Mən daha bundan sonra yaxın adamlarımı itirmək istəmirəm, bu, çox ağrılıdı. Babamın ölümü kimi...

-Baban çoxdan ölüb?

-Müharibə vaxtı.

-Döyüşdə ölüb?

-İkinci dünya müharibəsi zamanı Vermontda xizəkdən yıxılıb (("Veqasda qonaqlıq").)

Həyatımızda elə adamlar var ki, onlardan qaçırıq. Bəziləri də var ki, məhz onlarla görüşmək üçün hərəkət marşrutumuzu dəyişirik ("Üçüncü akt").

Mən səni sevə bilmərəm, əks halda, öz qəlbimə xəyanət etmiş olaram ("Maskalı adam").

Arvadlar bu əşyaya "seksofon" deyir ("Taksi-blüz").

Ah, bu qadınlar! Onlarla yaşamaq mümkün deyil, adamın güllələməyə də heyfi gəlir ("Həqiqi yalan").

Mən iki dəfə infarkt keçirtmişəm və hamiləlik vaxtı heroin qəbul etdiyim üçün abort etdirməli olmuşam. Qalan şeylərdə məndə hər şey yaxşıdır ("Ameli").

Qadını sevməmək cinayətdir. Sevmək isə cəza ("Subaylar" serialı).

İki adamı bağlı bir otaqda saxlayın və onlar bir-birini öldürmək üçün bəhanə tapacaqlar ("Duman").

Səni görüm ancaq maaş hesabına yaşayasan! ("Brilyant əl").

Anam deyir ki, sevgi sanki avtobusdur - mütləq başqası gələcək. Sadəcə, gözləmək lazımdır ("Tənha kişi").

Əgər sən insansansa, mənasız bir arzudansa, insanı sev ("Sevgi formulası").

Bir gün sən həqiqi sevginin nə olmasını dərk edəcəksən: o, həm şirin, həm də acıdır. Ona görə acıdır ki, şirinini qiymətləndirə biləsən ("Vanilli səma").

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm